Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.
Trend xəbər verir ki, final qarşılaşmasında İspaniyanın “Betis” klubu İngiltərənin “Çelsi” komandası ilə üz-üzə gəlib.
Oyunun ilk hissəsində “Çelsi” 0:1 hesabı ilə geri düşsə də, ikinci yarıda ardıcıl 4 qol vuraraq üstünlüyü ələ alıb və yekunda 4:1 hesabı ilə qalib gələrək Konfrans Liqasının qalibi olub.
XXX
22:25
Polşanın Vrotslav şəhərində bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşəcək.
Trend-in məlumatına görə, həlledici qarşılaşmada İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları üz-üzə gələcəklər.
“Betis” La Liqanı 6-cı sırada tamamlayaraq Avropa Liqasına vəsiqə qazanıb. “Çelsi” isə Premyer Liqanı 4-cü pillədə başa vuraraq gələn mövsüm Çempionlar Liqasında oynamaq hüququ əldə edib.
London təmsilçisi avrokubok təcrübəsinə malikdir – “Çelsi” daha əvvəl iki dəfə Çempionlar Liqasının və bir neçə dəfə Avropa Liqasının qalibi olub. “Betis” isə tarixində ilk dəfə beynəlxalq turnirin finalına yüksəlib və ilk kubokunu qazanmaq üçün meydana çıxacaq.
Gərgin və maraqlı mübarizə vəd edən “Betis” – “Çelsi” finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.