Bakı. Trend:
"Şamaxı" futbol klubu heyətində daha bir dəyişiklik edib.
Trend xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, serbiyalı müdafiəçi Vasiliye Bakiçlə başa çatan müqavilə yenilənməyib.
25 yaşlı futbolçuya komandaya verdiyi töhfələrə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, bundan əvvəl yarımmüdafiəçi Leroy Mikels də "Şamaxı"dan ayrılıb. Həmçinin Brahim Konate "Zirə" ilə müqavilə bağlayıb, Alfons Msanqa ilə isə yeni sözləşmə imzalanıb.