...

ABŞ söz azadlığını məhdudlaşdıran xarici məmurlara qarşı yeni viza məhdudiyyətləri tətbiq edir

Dünya xəbərləri Materials 29 May 2025 01:23 (UTC +04:00)
ABŞ söz azadlığını məhdudlaşdıran xarici məmurlara qarşı yeni viza məhdudiyyətləri tətbiq edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti, Vaşinqtonun qiymətləndirməsinə görə, amerikalı vətəndaşların söz azadlığını məhdudlaşdırmaqda iştirak edən xarici məmurlar və digər şəxslərə qarşı yeni viza məhdudiyyətləri siyasəti tətbiq etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə paylaşım edib.

“Uzun müddətdir ki, amerikalılar söz azadlığı hüququndan istifadə etdikləri üçün xarici hökumətlər tərəfindən cərimə, təqib və ittihamlarla üzləşirlər. Bu gün mən amerikalılara qarşı senzura fəaliyyətində iştirak edən xarici məmurlar və digər şəxslərə qarşı tətbiq olunacaq yeni viza məhdudiyyətləri siyasətini elan edirəm”, – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti