Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Trend xəbər verir ki, dövlət başçısı paylaşımında yazıb:
“Qardaşım İlham Əliyevlə birlikdə bu gün açılışını etdiyimiz, Türkiyə – Azərbaycan dostluğunun, qardaşlığının nişanələrindən biri olan Laçın Hava Limanımız Can Azərbaycana və bölgəmizə xeyirli, uğurlu olsun”.