...

Muradlı "Dubai Open"də ikinci qələbəsini qazandı

İdman Materials 29 May 2025 00:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Open" şahmat turnirində bu gün ikinci tur baş tutub.

Trend xəbər verir ki, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ardıcıl ikinci qələbəsini əldə edib. O, hindistanlı Al Mutahayaya qalib gəlib.

Digər təmsilçimiz Şıroğlan Talıbov isə ikinci turu heç-heçə ilə başa vurub. O, Hindistan şahmatçısı Qhoş Aronyakla xalları yarı bölüb.

Təəssüf ki, qadın şahmatçılarımız Gövhər Beydullayeva və Xanım Balacayeva bu turda da məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, turnirdə 24 ölkədən 84 şahmatçı iştirak edir. Yarışın reytinq favoriti hindistanlı Nihal Sarin birinci, Məhəmməd Muradlı isə ikinci pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti