Bakı. Trend:
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” səhifəsində məlumat paylaşılıb.
“Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Qardaş ölkə Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirik.
Tək millət, iki dövlət prinsipi əsasında hər zaman bir və bərabər olacağıq.
Yaşasın dostluq, yaşasın qardaşlıq!”, - deyə paylaşımda qeyd olunur.