...

Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir - Pakistanın Baş naziri

Siyasət Materials 28 May 2025 14:56 (UTC +04:00)
Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir - Pakistanın Baş naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir.

Trend xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib.

Azərbaycan xalqının öz azadlığı uğrunda çox ciddi mübarizə apardığını xatırladan Pakistanın Baş naziri Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdıran Məhəmməd Şahbaz Şərif vurğulayıb ki, PKK məsələsinin həlli qardaş ölkənin Prezidentinin diplomatik məharətini nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti