Bakı. Trend:
İranın ev sahibliyi ilə keçiriləcək Tehran Ekologiya İclasında Xəzər suitilərinin mühafizəsi məsələsi proritet təşkil edən məsələlərdən biri olaraq mütləq araşdırılacaq.
Trend-in
məlumatına görə, bunu İranın vitse-prezidenti və Ətraf Mühitin
Mühafizəsi Təşkilatının sədri Şina Ənsari “Xəzər dənizi suitisinin
mühafizəsi üçün milli addım” koordinasiya qrupunun iclasında
deyib.
Onun sözlərinə görə, son vaxtlarda Xəzər suitilərinin tələfatı bu
məsələnin tam ciddi şəkildə diqqət mərkəzində saxlanmasını tələb
edir.
Ənsari bildirib ki, son vaxtlar Rusiyada 5 Xəzəryanı ölkənin rəsmilərinin iştirakı ilə keçirilən iclasda Xəzər dənizindəki mövcud poroblemlər, o cümlədən su səviyyəsinin azalması, çirkləndiricilər, ekoloji problemlər və dəniz canlılarının azalması araşdırılıb.
“Xəzərin ekosisteminin biomüxtəlifliyini qorumaq regional əməkdaşlığı tələb edir. Xəzər dənizinin ətraf mühitinə xüsusi baxış üçün regional diplomatiya yaradılmalı və müxtəlif canlıların qorunması üçün birgə addımlar atılmalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Xəzər suitisi bu dənizdə yeganə məməli heyvan hesab olunur. Ötən iki ay ərzində Xəzərin İran sahillərində 18 ölü suitinin aşkarlandığı bildirilir.