...

Bakıdakı dünya çempionatında daha 4 oyun

İdman Materials 28 May 2025 09:11 (UTC +04:00)
Bakıdakı dünya çempionatında daha 4 oyun
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.

Trend xəbər verir ki, bu gün turnirdə 1/8 final mərhələsinə yekun vurulacaq.

Mərhələnin 2-ci oyun günündə 4 matç keçiriləcək.

Gürcüstan Serbiya ilə, Polşa Monteneqro ilə, Çexiya İsraillə, Bosniya və Herseqovina isə Tailandla qarşılaşacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan millisi Rumıniyaya qalib gələrək 1/8 finala yüksəlib.

Dünya çempionatı, 1/8 final

28 may

17:30. Monteneqro - Polşa

19:00. Bosniya və Herseqovina - Tailand

20:30. Çexiya - İsrail

22:00. Serbiya - Gürcüstan

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti