Laçın. Trend:
Laçında 150 çarpayılıq xəstəxananın tikintisi planlaşdırılır.
Trend-in Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.
"Eyni zamanda, qeyd etmək istəyirəm ki, yaxın gələcəkdə Laçında 150 çarpayılıq xəstəxananın tikintisi planlaşdırılır.
Hazırda Heydər Əliyev küçəsində yerləşən xəstəxanamız mövcuddur və Laçın sakinlərinin xidmətindədir", - o qeyd edib.