...

Alvaro Arbeloa "Kastilya"nın baş məşqçisi təyin edilib

İdman Materials 28 May 2025 19:18 (UTC +04:00)
Alvaro Arbeloa "Kastilya"nın baş məşqçisi təyin edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın tanınmış sabiq futbolçusu Alvaro Arbeloa "Real Madrid"in əvəzedici komandası olan "Kastilya"nın yeni baş məşqçisi təyin olunub.

Trend-in məlumatına görə, Arbeloa 2025–2026 mövsümünün əvvəlindən etibarən İspaniya III Liqasında (Primera Federacion) çıxış edən "Kastilya"ya rəhbərlik edəcək.

Peşəkar futbolçu karyerası ərzində "Liverpul" və "Deportivo" kimi klublarda çıxış edən Arbeloa əsas uğurlarını "Real Madrid"də qazanıb. O, Madrid təmsilçisinin heyətində bir UEFA Çempionlar Liqası və iki La Liqa çempionluğu əldə edib. Daha sonra İngiltərənin "Vest Hem Yunayted" klubuna keçən müdafiəçi 2017-ci ilin yayında karyerasını başa vurub.

Alvaro Arbeloa həmçinin İspaniya millisinin heyətində də böyük uğurlara imza atıb. O, 2008 və 2012-ci illərdə Avropa çempionu, 2010-cu ildə isə dünya çempionu olan yığmanın tərkibində yer alıb.

Xəbər lenti

Xəbər lenti