...

Prezident İlham Əliyev: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi

Siyasət Materials 28 May 2025 17:02 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti