...

Laçın Beynəlxalq Hava Limanından FOTOLAR

Cəmiyyət Materials 28 May 2025 14:53 (UTC +04:00)
Laçın Beynəlxalq Hava Limanından FOTOLAR
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

Xəbər verdiyimiz kimi, mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Trend xəbər verir ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılan bu mühüm infrastruktur layihəsi ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib.

Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası, saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətinin İdarə edilməsi Qülləsi (“ATC Tower”) uçuşların beynəlxalq norma və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.

Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən isə 60 km məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.

Laçın Beynəlxalq Hava Limanında fotoları təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti