...

Böyük Britaniya Arktikada daimi hərbi kontingent yerləşdirməyi planlaşdırır

Dünya xəbərləri Materials 28 May 2025 20:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Arktikada daimi qoşun yerləşdirməyi nəzərdən keçirir.

Trend-in “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, bu təklif iyun ayında dərc olunması gözlənilən və hökumətin tapşırığı ilə hazırlanmış təhlükəsizlik, müdafiə və xarici siyasətə dair hərtərəfli icmalda öz əksini tapa bilər.

Qəzet qeyd edir ki, Kral Silahlı Qüvvələri Arktikada, Estoniyada çoxmillətli NATO batalyonu çərçivəsində yerləşdirilmiş təxminən 1000 nəfərlik britaniyalı hərbçi kontingentinə bənzər şəkildə təmsil oluna bilər. Potensial olaraq bu kontingentin Norveç ərazisində yerləşdirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti