...

Ağcabədidə su anbarı təmizlənib, kanalizasiya xətti yuyulub

Cəmiyyət Materials 28 May 2025 11:45 (UTC +04:00)
Ağcabədidə su anbarı təmizlənib, kanalizasiya xətti yuyulub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində ümumilikdə 63000 ha əkin sahəsinə xidmət edir. Hazırda rayon ərazisində yerləşən əkin sahələrində suvarma işləri davam edir.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, rayonun Muğanlı kəndində yerləşən Qalatəpə su anbarında anbarın lil və qumdan təmizlənməsi xlorla yuyularaq dezinfeksiya işləri aparılıb. Ağcabədi şəhərində baş vermiş kanalizasiya xəttlərində olan tutulmanın aradan qaldırılması üçün kanalizasiya yuyan maşın vasitəsi ilə 5950 paqono metr kanalizasiya xətti yuyulub və 115 kanalizasiya baxış quyusu təmizlənib. İdarə tərəfindən içməli sular və kanalizasiya sistemləri üzrə rayonun xidməti ərazisində 54 ədəd su xətləri və kanalizasiya xətlərində yaranmış qəzalar aradan qaldırılıb və 63 ədəd sayğac yenisi ilə əvəz olunub. Hazırda Ağcabədi şəhərində əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.

Cari ildə əkilmiş 24080 ha taxıl sahəsi səpsuvar və 1 ci və 2 ci vegatasiya suyu ilə təmin olunub. Bundan başqa 11811 ha pampıq sahəsi arat və səpsuvar olunub, digər kənd təsərrüfatı bitkiləri isə 3.5 - 4 dəfə suvarılıb. İdarənin xidmət etdiyi 63000 ha əkin sahəsi nasoslarla 13000 ha, 23291 ha öz axımı ilə 26709 ha əkin sahəsi isə subartezian quyuları vasitəsi ilə suvarma suyu ilə təmin olunur.

Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əsas fəaliyyəti balansda olan 1649 km suvarma kanalı, 1663 km kollektor drenaj şəbəkəsi, 2245 ədəd hidrotexniki qurğu, 54 ədəd elektrik nasos stansiyası, 1069 ədəd subartezian quyusu, 6 ədəd səyyar nasoslar, 2 ədəd üzən nasos, 5 ədəd inzibati və 16 ədəd yaşayış binasının istismarı və təmiri ilə məşqul olmaqla əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti