Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında Azərbaycanı təbrik edib.
"Can Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Həyatları bahasına Azərbaycanın müstəqilliyinə sahib çıxan, istiqlal və istiqbal yolunda verdiyimiz şanlı mücadilələri şəhadətləriylə taclandıran bütün qəhrəmanlarımızı rəhmət və sayğıyla yad edirəm", - paylaşımda qeyd edilib.