...

Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 27 May 2025 20:32 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti ilə tanış olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər informasiya təhlükəsizliyi, hərbi sahədə ictimaiyyətlə əlaqələrin təşkili, eləcə də strateji kommunikasiya məsələləri, gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar. Qonaqlar, həmçinin Nazirliyin nəzdində yaradılmış studiyaya baxış keçirib, burada mövcud texniki imkanlar və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Sonra “Qələbə parkı” abidə kompleksi və “Şan-şərəf” Muzeyi ziyarət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti