Bakı. Trend:
İspaniya millisinin hücumçusu Lamin Yamal "Barselona" ilə müqaviləsinin müddətini uzadıb.
Bu barədə Trend Kataloniya klubunun saytına istinadla xəbər verir.
17 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Yamal 2024/2025 mövsümündə "Barselona" ilə çempionluq və İspaniya kubokunu qazanıb.
Futbolçu bütün turnirlərdə 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.