Bakı. Trend:
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".