...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Gününə həsr olunan veloyürüş keçirilib (FOTO)

İdman Materials 28 May 2025 18:37 (UTC +04:00)
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Gününə həsr olunan veloyürüş keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş təşkil edilib.

Trend xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə 300-dən artıq velosipedçi və paravelosipedçi iştirak edib.

Onlar Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürərək Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər.

Veloyürüşün sonunda fəallığı ilə seçilən iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, Federasiyanın əsas məqsədi velosipedin yalnız idman növü kimi deyil, eyni zamanda nəqliyyat vasitəsi kimi də geniş istifadəsinə dəstək verməkdir. Onun sözlərinə görə, ölkədə bu məqsədə xidmət edən infrastruktur mövcuddur və bu kimi tədbirlər ictimai maarifləndirməyə böyük töhfə verir.

Sahib Ələkbərov əlavə edib ki, hazırda Federasiyanın yeni rəhbərliyi Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvimində vaxtilə böyük nüfuz qazanmış “Tour d’Azerbaidjan” yarışının bərpası üçün danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti