Bakı. Trend:
"Börnli"nin hücumçusu Zekki Amduni karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, "Beşiktaş" icarə əəsasında "Benfika"da çıxış edən isveçrəlli futbolçunu heyətinə qatmaq istəyir.
Məlumata görə, "Börnli" oyunçusu üçün 20 milyon avro təzminat tələb edir. Bu məbləği ödəyə bilməyən "Beşiktaş" 24 yaşlı forvardı icarəyə götürməyə çalışır.
Qeyd edək ki, "Benfika" Zeki Amdunini mövsümün əvvəlində icarəyə götürüb. İsveçrə millisinin üzvü Liissabon təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.