Bakı.Trend:
Apellyasiya Məhkəməsi Bakı şəhər İnzibati Məhkəməsinin qərarını ləğv edərək, diplomunun tanınmasını tələb edən iddiaçının şikayətini təmi edib.
Trend-in məlumatına görə, 16 iyun 2023-cü il tarixli qərarı ilə xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmayıb və ekivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina edilib.
Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ildə Ukrayna Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən “Menecement” ixtisası üzrə verilmiş bakalavr diplomunun tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Bakı İnzibati Məhkəməsinin 2024-cü ildə verdiyi qərarla onun iddiasının təmin edilməsindən imtina edilib.
İmtina onunla əsaslandırılıb ki, ərizəçinin ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilib.
İddiaçı bildirir ki, 11 illik orta təhsili bitirdikdən sonra o, Azərbaycan Maliyyə İqtisad Kollecinə daxil olub. O 2003-cü ildə Azərbaycan Maliyyə İqtisad Kollecinə daxil olubvə 27 fevral 2006-cı ildə oranı “kredit müəssisələrində uçotu ixtisası üzrə tam kursu bitirib. Ukrayna Təhsil və Elm Nazirliyi onun fərlənmə diplomunu tanıyıb və aldığı təhsili Ukrayna təhsil sisteminin ibtidai ali təhsil dərəcəsi/kiçik baklavr dərəcəsinə bərabər olması və həmin diplomun Ukrayna ərazisində qüvvədə olan qanunvericiliyə əsasən işə düzəlmək və təhsilini davam etdirmək hüququnun verilməsi barədə şəhadətnamə verilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Apellyasiya şikayəti təmin edilib. Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilib. İddiaçı adına 2020-ci ildə Milli Aviasiya Universitetinin Uçuş Akademiyası tərəfindən “Menecement” ixtisası üzrə verilmiş bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə həvalə edilib.