Bakı. Trend:
2024-cü il tarixdə ən isti il olub, lakin qızmar hava dalğaları hələ bitməyib.
Trend xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında qlobal temperaturun yüksəlməyə davam edəcəyi və 2025-2029-cu illər arasında ən azı bir ilin 2024-cü il rekordunu aşması ehtimalının 80 faiz olduğu bildirilir.
Qlobal İllik İqlim Yenilənməsi İndeksinə görə, planetdə növbəti beş il ərzində sənayedən əvvəlki səviyyə (1850-1900-cü illər) ilə müqayisədə 1,2°C ilə 1,9°C arasında temperatur olacağı proqnozlaşdırılırdı.
ÜMT 2024-cü ildə orta qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 1,34°C ilə 1,41°C arasında yüksək olduğunu təxmin etdi. Yeni hesabat isə 2015-2034-cü illər üçün 20 illik orta istiləşmənin sənayedən əvvəlki səviyyədən təxminən 1,44°C yuxarı olacağını proqnozlaşdırır.
Hesabatda qlobal orta temperaturun növbəti beş ilin ən azı birində sənayedən əvvəlki səviyyələri 1,5°C-dən çox keçməsi üzrə heyrətamiz 86 faizlik ehtimal yer alır və həmin illərdən birində 2°C-dən çox istiləşmə olacağı bildirilir. Beşillik orta göstəricinin özünün bu 1,5 dərəcə həddi keçəcəyi ehtimalı 70 faizdir.
ÜMT vurğulayır ki, 1,5°C Paris Sazişinin hədəfi 20 il ərzində uzunmüddətli orta göstəricilərə aiddir, yəni, onun həddi hələ tam aşılmayıb. Bununla belə, bu yaxın müddətli sıçrayışlar sürətlənən iqlim böhranının xəbərdaredici əlamətləridir.
Proqnoz, həmçinin Afrikanın Sahil regionunda, Şimali Avropada və Cənubi Asiyada gözlənilən orta səviyyədən daha rütubətli şərait də daxil olmaqla, regional yağıntı təsirlərini vurğulayır. Əksinə, Amazon bölgəsində quraqlıq davam edə bilər. Eyni zamanda, Arktikada istiləşmə tempi sürətlənir. Buradakı vəziyyət dünyanın qalan hissəsinə nisbətən daha fəlakətlidir. Növbəti beş qış mövsümündə (noyabrdan mart ayına qədər) Arktikada orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 2,4°C isti olacağı gözlənilir ki, bu da qlobal orta temperaturun 3,5 dəfədən çox artması deməkdir. Buzlaqların, xüsusən Barens, Berinq və Oxot dənizlərində kiçilməsinin davam edəcəyi və bunun dəniz səviyyəsinin yüksəlməsinə və bütün dünyada hava şəraitinin pozulmasına səbəb olacağı gözlənilir.
Dünya bu dərin iqlim böhranına addım atarkən, BMT agentliyi qarşıdakı onilliklərdə daha təhlükəli istiləşmənin qarşısını almaq və uzunmüddətli istiləşməni 1,5°C həddindən aşağı saxlamaq üçün birgə iqlim fəaliyyətinə çağırıb.