...

Meksikada 5,9 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 28 May 2025 08:55 (UTC +04:00)
Meksikada 5,9 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Meksika sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 68 min insanın yaşadığı Kabo San Lukas şəhərindən 367 km cənub-şərqdə, saat 1:30-da (Bakı vaxtı ilə 5:30) baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti