Bakı. Trend:
Gürcüstan hökumətində yeni daxili işlər naziri təyin olunub. Vaxtanq Qomelaurinin istefasından sonra boş qalmış postu əvəllər ölkənin dövlət təhlükəsizlik xidmətinin rəis müavini olmuş Gela Geladze tutacaq.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyanat verib.
“Daxili İşlər Nazirliyində görülən işlərə görə Vaxtanq Qomelauriyə təşəkkürümü bildirmək və yeni nazir Gela Geladzeni təqdim etmək istəyirəm”, – deyə Kobaxidze keçirdiyi brifinqdə deyib.
xxx
09:44
Gürcüstanın baş nazirinin müavini, ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri istefa verib.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Bu barədə Vaxtanq Qomelauri müraciət yayıb: “Cəmiyyətə bildirmək istəyirəm ki, Gürcüstanın daxili işlər naziri vəzifəsini tərk etmək qərarına gəlmişəm. Bu, mənim üçün asan qərar deyildi. 2011-ci ildən etibarən cənab Bidzina İvanişvilinin rəhbərlik etdiyi və ölkəmizə əsaslı dəyişikliklər gətirən mübarizənin bir hissəsi olmuşam.
Hökumət komandasının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi bütün uğurlar mənim üçün dəyərli və qürurvericidir. Bu səbəbdən həmin komandaya sədaqətimi qoruyuram. Gələcəkdə də, istənilən vaxt, ehtiyac yaranarsa, dövlətin və hakim komandanın yanında olmağa hazıram".
Xatırladaq ki, Qomelauri 2024-cü ilin dekabr ayında baş nazir İrakli Kobaxidze tərəfindən bu vəzifəyə təyin olunmuşdu.