...

Azərbaycan gələn il xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna ev sahibliyi edəcək

İdman Materials 28 May 2025 10:11 (UTC +04:00)
Azərbaycan gələn il xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna ev sahibliyi edəcək
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Trend xəbər verir ki, Qış İdman Növləri Federasiyasının bu turnirlərin Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində təşkil edilməsi ilə bağlı qərar qəbul edilib və turnirlər beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa çempionatının 2026-cı ilin martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti