Bakı. Trend:
Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.
Trend xəbər verir ki, yığma 1/8 finalda son dünya çempionu Rumıniyanı sınağa çəkib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyası oynanılıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv daha dəqiq oynayaraq (3:1) 1/4 finala vəsiqə qazanıb.
Komandamız bu turda İngiltərə seçməsi ilə qarşılaşacaq.