Laçın.Trend:
Laçının bir neçə kəndinin Ərikli, Şərbət, Pircahan və Güləbbird kənd və qəsəbələrinin qurulması istiqamətində dövlətdaxili prosesdurlar aparılır.
Trend-in Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.
"Bu, o deməkdir ki, onların müəyyən hissəsi layihələndirmə mərhələsində, müəyyən hissəsi müvafiq qurum tərəfindən ekspertiza mərhələsindədir. Biz bu işdə sürətimizi artıracağıq.
Eyni zamanda, şəhərin bərpasında növbəti fazanın məhəllə layihəsinin, Heydər Əliyev küçəsinin bərpa edilməsinə xüsusi olaraq diqqət yetirilir. Heydər Əliyev küçəsində bir sıra mədəni infrastruktur və sosial təminatlı obyektlərin də istifadəyə verilməsi gözlənilir və hazırda qurulmaqdadır", - o qeyd edib.