...

Prezident İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif

Siyasət Materials 27 May 2025 21:50 (UTC +04:00)
Prezident İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum - Şahbaz Şərif
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim.

Trend xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.

Xəbər lenti

Xəbər lenti