...

Bəzi publik hüquqi şəxslərin büdcədən maliyyələşməsi məhdudlaşdırılmalıdır – Maliyyə naziri

İqtisadiyyat Materials 27 May 2025 13:17 (UTC +04:00)
Bəzi publik hüquqi şəxslərin büdcədən maliyyələşməsi məhdudlaşdırılmalıdır – Maliyyə naziri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ödənişli xidmət göstərən publik hüquqi şəxslərin dövlət büdcəsindən maliyyələşməsini məhdudlaşdırmalıyıq.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bu barədə hökümətin tapşırığı da var və bu istiqmətdə aktiv iş aparırıq.

Düşünürəm ki, publik hüquqi şəxslərin sırasında optimallaşdırma istiqamətində nəticələr əldə edəcəyik”, - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti