Bakı. Trend:
Ukrayna münaqişəsinin yaxın zamanda başa çatması gözlənilmir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Mertz bildirib.
Alman siyasətçinin sözlərinə görə, adətən münaqişələr tərəflərdən birinin iqtisadi və ya hərbi tükənməsi ilə başa çatır, indiki halda Ukraynadakı vəziyyət bundan çox uzaqdır.
Kansler Rusiyanı danışıqların aparılmasına həvəssiz yanaşmaqda çağırıb və Ukraynanın özünü müdafiə edə bilməsi üçün və Rusiyanın təzyiqlərinə qarşı səyləri artırmağa çağırıb.
“Biz təhdidlə üz-üzəyik, lakin müdafiə olunacağıq”, - deyə Mertz bildirib.