...

Azad olunmuş ərazilərin yenidən qurulmasında nəqliyyatın payı yüksəkdir - Hesablama Palatası

İqtisadiyyat Materials 27 May 2025 11:34 (UTC +04:00)
Azad olunmuş ərazilərin yenidən qurulmasında nəqliyyatın payı yüksəkdir - Hesablama Palatası
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsində nəqliyyat infrastrukturunun payının yüksək olduğu müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Məlumata görə, hesabat dövründə İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihələrinə ödənilmiş vəsaitin (icra edilmiş) 74,4%-i (2023-cü ildə 76,6%) nəqliyyat infrastrukturuna yönəldilib.

Ümumiyyətlə, dövlət büdcəsinin icrası barədə məlumatlara əsasən, 2024-cü ildə İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə 170 layihəyə vəsait nəzərdə tutulub. Büdcə xərclərinə daxil olan layihələrin 18-i üzrə 2024-cü ildə vəsait ödənilməyib, o cümlədən 16 layihə üzrə maliyyələşmə olmayıb və 2 layihə üzrə 1,5 milyon manat maliyyələşmə olsa da, vəsait ödənilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti