Bakı.Trend:
Biləsuvarda saxlanılan narkokuryerdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlanıb
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.