...

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları dəfn olunub (FOTO)

Cəmiyyət Materials 27 May 2025 14:00 (UTC +04:00)
Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları dəfn olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Əsəddin Curu oğlu Novruzov Mingeçevir şəhər şəhidlər xiyabanında dəfn edilib.

Trend-in yerli müxbiri xəbər verir ki, itkin – şəhid Novruzov Əsəddin Curu oğlu Mingəçevir şəhər şəhidlər xiyabanında, yaylım atəşi və hərbi orkestrın himn sədaları altında torpağa tapşırılıb.

Mərasimdə şəhidin doğmaları, Mingeçevir şəhər və Ağdam rayon ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak edib.

Sonda şəhidin tabutuna bükülmüş üç rəngli bayraq şəhidin oğluna təhvil verilib. Şəhidin ruhuna dualar oxunub. Məzar üzərinə əklil və gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti