...

NATO rəhbəri iyundakı sammitdə açıq ixtilafın meydana gələcəyindən narahatdır

Dünya xəbərləri Materials 27 May 2025 12:19 (UTC +04:00)
NATO rəhbəri iyundakı sammitdə açıq ixtilafın meydana gələcəyindən narahatdır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO baş katibi Mark Rutte iyun ayına planlaşdırılan Şimali Atlantik Alyansın zirvə toplantısının ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında olan münaqişəyə görə alt-üst olacağından qorxur.

Trend xəbər verir ki, bu haqda “The New York Times” (NYT) avropalı məmurlara istinadən məlumat yayıb.

Məlumata görə, Rutte NATO-nun illik sammitinin qısa, lakin məzmunlu olmasını istəyir, Ukrayna məsələsi ilə bağlı açıq ixtilafların meydana gəlməsini istəmir.

Ancaq nəşr qeyd edir ki, Ukraynanın gələcəyi ilə bağlı məsələdə avropalı müttəfiqlərlə fikirləri üst-üstə düşməyən Trampın zirvə toplantısında iştirakı Ruttenin planlarını çətinə sala bilər.

Bundan əlavə, rəsmi Kiyev də alyansa üzv olmaq istəyini açıq şəkildə bildirir, Ağ Ev rəhbəri isə bunun əleyhinədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti