...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2009 13:34 (UTC +04:00)

Azərbaycan,Bakı, 27 aprel / Trend , müxbir İ.Xəlilova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80348 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi stabil qalıb - 1 ABŞ dolları üçün 0,8035 manat səviyyəsində, minimum isə aprelin 20-də 1 ABŞ dollarına 0,8034 manat səviyyəsində olub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

13 aprel

0,8032

20 aprel

0,8034

14 aprel

0,8031

21 aprel

0,8035

15 aprel

0,8031

22 aprel

0,8035

16 aprel

0,8032

23 aprel

0,8035

17 aprel                                                        

0,8032 

24 aprel                                                       

0,8035 

Həftə ərzində orta  

0,80316

Həftə ərzində

orta

0,80348

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,001 bənd (0,1 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,8027 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): aprelin 20-də - 0,8021 AZN/USD məzənnəsi ilə $20,78 mln., aprelin 21-də - 0,8021 AZN/USD məzənnəsi ilə $0,22 mln., aprelin 22-də - 0,8031 AZN/USD məzənnəsi ilə $9,6 mln., aprelin 23-də sövdələşmə qeydə alınmayıb, buna görə də, məzənnə 0,8031 AZN/USD səviyyəsində qalıb və aprelin 24-də  0,8031 AZN/USD məzənnə ilə $1,38 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi  

6 aprel

0,8028

20 aprel

0,8021

7 aprel

0,8029

21 aprel

0,8021

8 aprel

0,8031

22 aprel

0,8031

9 aprel

0,8030

23 aprel

0,8031

10 aprel                                                         

0,8032

24 aprel                                                         

0,8031

Həftə ərzində orta  

0,80298

Həftə ərzində orta

0,8027

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti iki dəfə artaraq 8 manata çatıb. Lakin həftənin əvvəkində özəlləşdirmə çeklərinin qiyməti maksimal səbiyyəyə - 25-26 manata çatmışdı. Qiymətlərin bu cür düşməsi dövlət əmlakının özəlləşdirilmə tempinin düşməsi ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı-  [email protected]

Xəbər lenti

Xəbər lenti