...

Azərbaycanın qeyri-neft sektoru 14% artıb – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2009 11:51 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sektoru 14% artıb – nazir

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir N.İsmayılova / 

2009-cu ilin birinci rübündə Azərbaycanın qeyri-neft sektoru 14 faiz, iqtisadiyyata yatırılan ümumi sərmayələr 3,6 dəfə artıb. Bu barədə cümə axşamı ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, aprelin 1-nə olan məlumatlara görə, güzəştli şərtlərlə verilən kreditlərin sayı 10 milyona çatıb. Bu, ötən ilin analoji dövr göstəricisindən iki dəfə çoxdur.

"Birinci rübdə istehsal və emal sənayesinin 99 faizi ölkə bölgələrinin payına düşüb", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti