Gürcüstan, Tbilisi, 01 may / Trend , müxbir N.Kirtsxaliya /
Batumi şəhər məhkəməsinin qərarı ilə Kipr bayrağı altında üzən "PUR NAVOLOK" quru yük daşıyan gəmi Gürcüstanın administrativ məcəlləsinə uyğun olaraq ətraf mühitə vurulan ziyana görə 65 min lari (1 dollar = 1,65 lari) civarında cərimə ödəyib. Bu barədə Gürcüstan Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyindən məlumat veriblər.
Gəmi sahil Sərhəd Xidməti əməkaşları tərəfindən saxlanılıb.
Yoxlama nəticəsində gəmidən dənizə hidravlik yağ axması müəyyən edilib və bu fakt laborator yoxlama zamanı təsdiqini tapıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]