...

Azərbaycanda uzunmüddətli dövlət istiqrazlarının təkrar bazarında likvidliyin yüksəldilməsi üzrə iş aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir N.İsmayılova /

"Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycanda uzunmüddətli dövlət istiqrazlarının təkrar bazarında likvidliyin yüksəldilməsi üzrə iş aparmağa başlayıb", - çərşənbə günü komitə sədri Rüfət Aslanlı deyib.

"Ölkənin Maliyyə Nazirliyi ilk dəfə bu il uzunmüddətli dövlət istiqrazlarının buraxılışının emissiyasına başlayıb. Buna görə də hazırda biz bu qiymətli kağızların təkrar bazarında likvidliyin artırılması üzərində işləyirik", - Aslanlı deyib.

Onun sözlərinə görə, fond bazarının müvafiq səviyyəsində likvidliyin artırılması daha uzunmüddətli qiymətli kağızların bazarının inkişafına yardımçı olacaq.

"Adətən sərmayədarlar bazarda likvidlik az olan zamanlarda qısamüddətli kağızlara sərmayə qoyurlar. Buna görə də hazırda biz likvidliyin artırılması ilə məşğul oluruq və bununla uzunmüddətli kağızların daha intensiv yerləşdirilməsinə nail olmağa çalışırıq", - QKDK başçısı deyib.

Aslanlının sözlərinə görə, komitə həmçinin dövlət istiqrazlarının marketmeykerlərlə - təkrar bazarda likvidliyi təmin edən institutlarla marketmeykerlik institutunun yaradılması məqsədilə işə start verib.

"Hazırda biz marketmeyker kimi fəaliyyət göstərməsi üçün bir neçə milli sərmayədarlarla işləyirik", - Aslanlı deyib.

Azərbaycan kapital bazarının emissiya edilmiş kağızlar üzrə nominal qiyməti 3,44 milyard manat həcmində qiymətləndirilir ki, bu da ölkənin qeyri-neft ÜDM-in 18 faizinə bərabərdir.

Bununla yanaşı, korporativ istiqrazlar bazarının kapitallaşması 72,8 milyon manat həcmində, maliyyə nazirliyinin dövlət istiqrazları - 152,8 milyon manat, Mərkəzi Bankın notları - 17 milyon manat qiymətləndirilir.

Mayın 27-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti