...

Azərbaycanda təkrar mənzil alınmasına ipoteka veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində Azərbaycan İpoteka Fondu (AİF) əhali tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, ipoteka kreditlərinin verilməsi zamanı həm yeni tikililər, həm də təkrar mənzil bazarından mənzil alınmasına məhdudiyyət qoyulmayacaq", - AİF-in çərşənbə günü yaydığı məlumatda deyilir.

"Əhali hər iki mənzil növü üzrə agent-banklara müraciət edə bilər", - məlumatda deyilir.

2009-cu ilin dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14,5 milyon manat nəzərdə tutulub. AMB başçısı onu da deyib ki, bu kreditlərin alınmasına hazırlıq da banklar tərəfindən başa çatdırılıb və dövlət büdcəsindən birinci tranşın alınması gözlənilir.

Ölkədə ipoteka kreditləşməsi 25 mart 2006-cı ildə, AİF standartlarına əsasən başlanılıb. 7 fevral 2007-ci ildən isə sosial ipotekanın verilməsinə başlanılıb. İpoteka kreditinə tələbat dövlət tərəfindən ayırmalarını arxada qoydu və 2007-ci ilin iyunundan etibarən AİF öz standartları ilə maliyyələşməni dayandırdı. Azərbaycanın 2005-2008-ci illərin Dövlət büdcəsində AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün 94 milyon manat nəzərdə tutulub. Bu məbləğin 68 mln. manatı banklar vasitəsilə artıq verilib. 2009-cu ildə sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsində 14,5 mln. manat nəzərdə tutulub.

Kreditlər üzrə faizlər kommersiya banklarında 8-20 faiz arasında dəyişir. Kredit müddəti 10-25 ildir. Məbləğin maksimum həcmi 50 min manatdır və onun həcmi kreditin hansı müddətə - 3-25 il müddətinə verilməsindən asılıdır. Fondun 17 agent bankı var.

İyunun 10-na olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti