...

Azərbaycan Banklar Assosiasiyası üzvlərinin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2009 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend /

"TBC Kredit - bank olmayan kredit təşkilatı Azərbaycan Banklar Assosiasiyasına daxil olub", - təşkilatın cümə axşamı yayadığı məlumatda deyilir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) Azərbaycan Respublikasında fəaliyyət göstərən bankları və bank olmayan kredit strukturlarını birləşdirən ictimai təşkilatdır. ABA 1990-cı ildə 10 özəl bank tərəfindən yaradılıb.

Assosiasiyanın əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ümumi maraqlarının dövlət və qeyri-dövlət orqanlarında təmsil olunması və müdafiəsindən, Assosiasiya üzvlərinin özünüidarə prinsipi əsasında dinamik inkişafına effektiv yardım göstərilməsindən ibarətdir.

TBC Kredit-in rəhbərliyi ABA-ya üzvlüyü biznesin gələcək inkişafı və şirkətin yerli və beynəlxalq maliyyə institutları ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün strateji cəhətdən əhəmiyyətli hesab edir.

TBC Kredit - bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin sonuna qədər TBC Kredit-in yeganə təsisçisi ShoreBank Corporation, USA beynəlxalq kompaniyalar qrupuna daxil olan ShoreBank International Ltd. olub. 2007-ci ilin dekabrında şirkətin 75%-nin Gürcüstanın aparıcı bankı TBC Bank tərəfindən alınması haqqında razılaşma əldə edilib.

Xəbər lenti

Xəbər lenti