...

May ayı ərzində "Texnikabank" ASC-nin gəlirləri 16% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2009 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend /

Cari ilin may ayı ərzində "Texnikabank" ASC-nin ümumi gəlirləri 15,64% artaraq, hesabat dövrünün sonuna 28,7 mln. manat təşkil edib. Bu barədə bankın cümə günü yayılmış məlumatında deyilir.

Ay ərzində faiz gəlirlərinin artımı isə 23,12% olub. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 8,5 mln. manat təşkil edib.

Cari ilin 5 ayı ərzində bankın məcmuə kapitalı 15,3% artaraq, may ayının sonuna 59,5 mln. manat səviyyəsinə çatıb. Son 5 ayın yekunları üzrə kapitalın gəlirliyi 15,92% təşkil edib.

31 may 2009-cu il tarixə "Texnikabank" ASC-nin aktivləri 447,6 mln. manat olub. Cari ilin 5 ayı üzrə bankın aktivlərinin gəlirliliyi isə 1,93% təşkil edib.

Hesabat dövrünün sonuna bankın kredit portfeli 344,5 mln. manat təşkil edib ki, bu da bu ilin əvvəlinə olan göstəricidən 5% çoxdur. 31 may 2009-cu il tarixinə bankın fiziki şəxslərə təqdim etdiyi istehlak kreditlərinin həcmi isə 60,7 mln. manat təşkil edib.

May ayı ərzində bankın depozit portfelinin həcmi 3,5% artaraq 31 may 2009-cu il tarixində 140,9 mln. manat səviyyəsinə çatıb. Ay ərzində müddətli depozitlər üzrə artım isə 8% təşkil edib. May ayının sonuna əhalinin banka etibar etdiyi əmanətlərin həcmi  80,2 mln. manat olub. Bu məbləğin 87,1%-i müddətli əmanətlərdir.

May ayının sonu üçün bankın emissiya etdiyi plastik kartların sayı 38,5 min ədəd, plastik kart sahiblərinin istifadəsinə verilmiş bankomatların sayı 48, POS-terminalların sayı isə 340 olub.1993-cü ildə təsis olunmuş "Texnikabank" ASC hazırda ölkənin bank sektorunda əsas göstəricilərinə görə ilk beşlikdə qərarlaşıb. Özəl banklar arasında ən geniş filial şəbəkəsinə malik olan "Texnikabank" 35 filial və 5 şöbəsi ilə Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətlərini təklif edir.

İyunun 12-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti