...

AccessBank Lökbatandakı topdansatış bazarlarına xidmət etmək üçün filialı köçürdü

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2009 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend /

"AccessBank Lökbatandakı topdansatış bazarlarına xidmət göstərmək üçün "Aeroport" filialını Badamdar qəsəbəsinə köçürdü", - bankın məlumatında deyilir.

Bu addım, ötən ay Azərbaycanın Lökbatanda yerləşdirilən əsas topdansatış bazarlarına xidmət göstərilməsi üçün atılıb. İndi AccessBank-ın filial şəbəkəsi 22 filialdan ibarətdir.

"Ötən ay Azərbaycanın əsas topdansatış bazarları aeroport ərazisindən Lökbatana - şəhərin əks tərəfinə köçürülüb. AccessBank bu bazarların iqtisadiyyat üçün zəruri rol oynadığını nəzərə alaraq, buna operativ cavab kimi öz filialını bazarın yaxınlığındakı yeni binaya köçürüb. Beləliklə, AccessBank Azərbaycan biznesi üçün etibarlı tərəfdaş olduğunu bir daha real əməllərlə sübut edib", - AccessBank-ın Baş Menecer Endryu Pospilovski deyib.   

"Badamdar" filialı, sahibkarlardan əlavə, həmçinin yerli əhaliyə də xidmət göstərəcək. Filialda tam çeşidli bank xidmətləri, o cümlədən cari və depozit hesabları, pulköçürmə sistemləri, istehlak və biznes kreditləri, eləcə də VISA plastik kartları təqdim olunub.

22 filialın hamısı cəmi 6 il ərzində, yəni bankın fəaliyyətə başladığı vaxtdan etibarən açılıb və bu, inkişaf tempinin çox sürətli olmasından xəbər verir. Yeni filialın açılması ilə Bakı şəhərində yerləşən filialların sayı 11-ə çatıb - bunlar "Mərkəzi", "Babək", "20 Yanvar", "Xalqlar Dostluğu", "Azadlıq", "Elmlər Akademiyası", "Səbail", "Bülbül", "Bakıxanov", "Mərdəkan" və "Badamdar" filiallarıdır, daha 11 filial isə Respublikanın ən böyük şəhərlərində - Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Qazax, Mingəçevir, Zaqatala, Xırdalan, Cəlilabad və Salyan şəhərlərində yerləşir. 

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti