...

Azərbaycan bankı Bank of Baku-nun xalis gəliri mayda 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2009 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Bank of Baku-nun xalis gəliri vergilərin ödənməsindən sonra 9,4 faiz artaraq 3,54 milyon manat təşkil edib. Bu barədə bankın məlumatında deyilir. 5 ayın yekunlarına görə, bankın gəlirləri 15,51 milyon manat təşkil edib.

"Bankın aktivləri mayda 0,1 faiz artıb və iyunun 1-nə 170,32 milyon manat təşkil edib", - bankdan bildiriblər.

Bankın depozit portfeli hesabat dövründə 2,8 faiz artaraq 125,305 milyon manat təşkil edib. Onun 60,96 milyon manatı fiziki şəxslərin əmanəti, 56,67 milyon manatı hüquqi şəxslərin depozitidir.

Bankın kredit portfeli mayda 2 faiz azalaraq 126,15 milyon manat təşkil edib. Aprel ayının yekunlarına görə, bu göstərici 128,68 milyon manat təşkil edib.

İyunun 1-də bankın yekun kapitalı 30,31 milyon manat təşkil edib. Qeyd edək ki, bu göstərici mayın 1-də 30,07 milyon manat olub. Bankın nizamnamə kapitalı 6,8 milyon manatdır.

İyunun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti