...

Kağız buraxılışı üçün avadanlıq istehsal edən aparıcı şirkət "Metso" və "Azersun Holding" əməkdaşlıq barədə razılaşma imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

"Azersun Holding" kağız buraxılışı üçün aparıcı avadanlıq istehsalçısı olan "Metso" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə "Azersun Holding"-dən verilən məlumatda bildirilir.  "Metso" və "Fanpo Belloid"in avadanlıqları "Azersun Holding"ə məxsus Karton-kağız istehsalı kombinatında istifadə olunacaq.  

"Metso" Azərbaycanın Karton-kağız istehsalı kombinatına beş əlavə istehsal və yardımçı xətt verib. Yerli mütəxəssislər avadanlıqların texniki idarəetmə mexanizmini öyrənmək üçün Avropada xüsusi kurs keçəcəklər.

Hazırda tikilməkdə olan kombinatda, həmçinin "Fanpo Belloid", "Lemord", "Mauli", "Lang-Hifner" kimi aparıcı firmaların avadanlıqları quraşdırılacaq. Kombinatda karton məhsulları ilə yanaşı, yazı kağızı, eləcə də məişətdə istifadə olunan və bütün növ kağızların istehsalı nəzərdə tutulub. Kombinat həmçinin çirkab suların təmizlənməsi və təkrar istifadəsi ilə də məşğul olacaq.

Azərbaycanın Kağız-karton istehsalı kombinatının istehsal gücü sutkada 240 ton təşkil edəcək. Maşınların orta istehsal sürəti dəqiqədə 350-500 metr təşkil edir. Qayıtma rejimində işləyəcək müəssisənin suya olan orta tələbatı 2,5 min ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti