...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80416 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 1,2,3-də 1 ABŞ dolları üçün 0,8042 manat, minimum isə 1 ABŞ dollarına 0,8041 manat 29 və 30 iyunda müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

22 iyun

0,8040

29 iyun

0,8041

23 iyun

0,8041

30 iyun

0,8041

24 iyun

0,8040

1 iyul

0,8042

25 iyun

0,8041

2 iyul

0,8042

26 iyun      

0,8041 

3 iyul    

0,8042 

Həftə ərzində orta 

0,80406

Həftə ərzində orta 

0,80416

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0006 bənd (0,06 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80292 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 29 iyunda  sövdələşmə 0,8034 AZN/USD məzənnəsi ilə $8,075 mln., 30 iyunda 0,8028 AZN/USD məznnə ilə $33,59 mln., 1 iyulda - 0,8028 AZN/USD məzənnəsi ilə $2,36 mln., 2 iyulda - 0,8028 AZN/USD məzənnəsi ilə $0,78 mln., və 3 iyulda sövdələşmələr olmayıb, buna görə kurs əvvəlki 0,8028 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi 

22 iyun

0,8041

29 iyun

0,8034

23 iyun

0,8041

30 iyun

0,8028

24 iyun

0,8041

1 iyul

0,8028

25 iyun

0,8041

2 iyul

0,8028

26 iyun     

0,8041

3 iyul   

0,8028

Həftə ərzində orta

0,8041

Həftə ərzində orta

0,80292

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti sabit qalıb və alış doqquz, satış isə 10 manat təşkil edib. Qiymətlərin belə azalması [bəzən 2009-cu ilin əvvəllərində çeklərin qiyməti 20 manatı ötürdü] dövlət əmlakının özəlləşdirilməsi temprlərinin azalması ilə izah olunur.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti