...

Azərbaycan bankı kredit əməliyyatlarını mühafizəkar seçim prinsipi ilə aktivləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir İ. Xəlilova /

"Unibank Kommersiya bankı" ASC xarici asılılığının ümumi həcmini dmək olar ki, 4 dəfə - 57 milyon manata qədər azaldıb. Bu barədə çərşənbə günü bankın Müşahidə Şurasının sədri Eldar Qəribov məlumat verib.

"Əgər keçən il iyulun əvvəllərində bankın cəlb olunmuş vəsaitlərinin həcmi 160 milyon manat təşkil edirdisə, bu günə olan göstəriciyə görə, AYİB və Avopanın maliyyə institutlarından götürülmüş 83 milyon dolları nəzərə almasaq, borc portfeli 57 milyon manata qədər azalıb", - Qəribov deyib.

Onun sözlərinə görə, UniBank cədvələ əsasən, borc üzrə ödəmə aparır və ilin sonuna qədər daha 13 milyon manat ödənilməsi planlaşdırılır.

"Dünya böhranının dərinləşməsi ilə əlaqədar olaraq beynəlxalq kapital bazarında resursların məhdudlaşdırılması səbəbindən, keçən ilin avqustundan xarici kredit cəlb etmirik. Buna gorə də kreditləşdirmə üçün vəsait çatışmazlığı problemi ilə qarşılaşmışıq", - Qəribov deyib.

Qısamüddətli öhdəçiliyin yerinə yetirilməsi üçün ötən il UniBank-qa hətta Azərbaycanın Mərkəzi Bankından 50 milyon manat cəlb edilib. Mərkəzi Bankın kredit resursları yarımil müddətinə (daha 6 ay uzatma imkanı ilə), illik 7 faizlə ayrılıb. Qəribovun sözlərinə görə, bu vəsaitlər artıq qismən ödənilib.  

Resursların məhdudlaşdırılması problemi nəticəsində UniBank-ın kredit portfeli 25-30 faiz - 280 milyon manata qədər azalıb. Onun sözlərinə görə, böhran risklərin artması ilə əlaqədar pulun dəyərinin bahalaşmasına, kreditlərin ödənilməsinin ləngiməsinə səbəb olub. 

"Biz həmçinin kredit siyasətimizi dəyişmişik və indi layihələrin qiymətləndirilməsinə, kreditlərin qayıtma riskinə daha mühafizəkar yanaşırıq. Bununla əlaqədar olaraq, kreditlərin faiz dərəcəsini artırmışıq", - Qəribov deyib.

Yeni maliyyə paketinin vəsaitindən 51 milyon dollar vəsait kredit istehlakı, xüsusən də avtokreditləşdirmə və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub.   

İyulun 8-nə məzənnə 0,8043 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti