...

İkinci rüb Gürcüstan iqtisadiyyatının canlanması ilə müşahidə olunub - Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2009 20:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyul / Trend , müxbir N.Kirsxaliya /

Yeni maliyyə paketinin təfərrüatları hökumətin Baş nazir Nikoloz Qilaurinin başçılığı altında keçən bugünkü iclasında nəzərdən keçirilib. Baş nazirin iclasın başlamasından əvvəl dediyinə görə, o, bu paketin maddələrinin nəyə xidmət etdiyini ictimaiyyətə xatırlatmaq istəyir.

Onun sözlərinə görə, ikinci rübdəki durumu xarakterizə edən yekun rəqəmlər hələ məlum deyil və onların dəqiqləşdirilməsi üçün bir neçə həftə tələb olunur. Ancaq ilkin məlumatlara görə məlumdur ki, ikinci rüb ölkə iqtisadiyyatı üçün çox ağır olub.

"Ancaq biz mayın sonu və iyunun əvvəllərində canlanma əlamətləri gördük və bu tendensiyanı maliyyə paketi ilə dəstəkləmək istəyirik", - Baş nazir bildirib.

Onun sözlərinə görə, yeni maliyyə paketinin elan edilməsindən sonra bank sektorunun fəallaşması nəzərə çarpdı ki, bu da bankların müştərilər üçün yeni məhsullar təklif etməsi ilə təsdiqlənir. Qilauri həmçinin qeyd edib ki, banklar kredit portfelləri də təklif edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti