...

Azərbaycanda daha 200 kq istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 200 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, kərə yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, ketçuplar, mayonezlər və s., həmçinin kosmetik vasitələr aşkar edilib, satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.

Qayda pozuntuları Bakının Xətai rayonunda, həmçinin Xaçmaz rayonunun Nabran qəsəbəsində aşkar edilib.

Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 6 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 161 fiziki şəxsə 242 min manat cərimə tətbiq olunmuşdur.

İyulun 13-nə olan rəsmi məzənnə 0,8044 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti