...

Azərbaycanda 300 kq istifadəyə yararsız qida məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən iyulun 13-də keçirilən monitorinqlər zamanı ümumi çəkisi 300 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar edilib və satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Sabunçu rayonunda, həmçinin Xaçmaz və Gəncə şəhərlərində aparılıb.

Saxlama müddəti ötmüş məhsullar içərisində kolbasa, un və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, mayonezlər və s. var.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 7 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaqdır.

Ümumiyyətlə 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 167 fiziki şəxsə 251 min manat cərimə tətbiq olunub.

İyulun 14-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti